“Bəzi hallarda koronavirusa yoluxmuş şəxs 100 gündən çox yoluxucu qala bilər”.
KONKRET.az xəbər verir ki, bunu Rospotrebnazorun rəhbəri Anna Popova deyib. O etiraf edib ki, koronavirusun omikron ştammı daha aqressivdir.
“Bəzi hallarda koronavirusa yoluxmuş şəxs 100 gündən çox yoluxucu qala bilər”, – deyə Popova bildirib.
Xuraman Etibarlı
KONKRET.az
