Prezident generalı təltif etdi – SƏRƏNCAM – FOTObackend

Prezident generalı təltif etdi - SƏRƏNCAM - FOTO

Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Y.Axund-zadə 1946-cı il Bakı şəhərində anadan olub. General-Mayor Y.Axundzadə 1992-ci ildən etibarən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir. O, Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi və xalq artistidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*