Prezident sabah Brüsseldə NATO Baş katibi ilə GÖRÜŞƏCƏKbackend

Prezident sabah Brüsseldə NATO Baş katibi ilə GÖRÜŞƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

KONKRET.az  xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.

Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*