backend

Prezident sığortaçıların oyununu dağıtdı - "Əhalini cərimələmək lazım deyil" - AÇIQLAMA

Sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Onlar əhalini qorxudurdu ki, evini sığortalamalıyan cərimələnəcək. Biz isə deyirdik ki, 8 il ərzindən tədbir görməyən dövlət birdən-birə, xəbərdarlıq etmədən, maarifləndirmə aparmadan bunu etməyəcək. KONKRET.az bildirir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov deyib. Ə.Həsənov Prezident İlham Əliyevin dünən müşavirədə dediyi fikirlərə istinad edib. Qeyd edək ki, dövlət başçısı bunları bildirib:

“… Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin…”

Əkrəm Həsənov, tanınmıış vəkil

Hüquqşünas əlavə edib ki, daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur. Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir. “Amma sığorta icbari qalsa belə, yaxında əhalinin xərclərinin minimallaşdırılması ilə bağlı mühüm təkliflə çıxış edəcəyəm. Hər bir halda sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*