Prezident: “Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir” – VİDEObackend

Prezident: "Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir" - VİDEO

“Artıq Kəlbəcər şəhərindəyik. Erməni vəhşiliyinin təməlləridir bu. Şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə səfəri zamanı deyib.

“Ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Burdan çıxanda da o binaları yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 90-cı illərin əvvələrində bu torpaqları işğal edərkən bizim şəhər və kəndləri dağıtmışdır, 2020-ci ildə də biz bunları buradan qovanda da ağacları kəsib yandırıb, binaları dağıdıblar”, – Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*