Prezidentdən AZAL-a TƏYİNAT – SƏRƏNCAM + FOTObackend

Prezidentdən AZAL-a TƏYİNAT - SƏRƏNCAM + FOTO

“Azərbaycan Hava Yolları” QSC-yə yeni vitse-prezident təyin edilib, bu vəzifə Samir Rzayevə həvalə edilib.

Bu barədə KONKRET.az-a AZAL-dan bildirilib.

Məlumata görə, “AZAL”ın prezidenti Cahangir Əsgərov cümə axşamı “AZAL”ın yeni vitse-prezidenti Samir Rzayevi şirkətin kollektivinə təqdim edib.

Samir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

C. Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

“AZAL”ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

Samir Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*