Prezidentdən Şeyx Məhəmməd bin Rəşid Al Məktuma məktubbackend

Prezidentdən Şeyx Məhəmməd bin Rəşid Al Məktuma məktub

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bir cavab yazın