Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi: Artıq bığ saxlayır – FOTObackend

Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi: Artıq bığ saxlayır - FOTO

Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana diaoqu hər kəsin xatirindədir.

KONKRET.az xəbər verir ki, söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək “Bunun bığı vardı, indi yoxdur”, -deyir. İlham Əliyev isə cavabında “tökülüb”, -deyə bildirir. C.Əsgərov “yaşlandıq, töküldü… Zəngilanda olacaq”, -deyib zarafatyana dialoqa əlavə edir.

Əliyev və Ərdoğanın Cahangir Əsgərovla zarafatı: “Bığı tökülüb” - VİDEO

Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub.

Bakupost.az-ın məlumatına görə, bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub.

Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür.
Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi - Artıq bığ saxlayır - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*