Psixoloq Karine Nalçajyan: “Erməni xalqı təhlükənin miqyasını təsəvvür edə bilmir”backend

Psixoloq Karine Nalçajyan: "Erməni xalqı təhlükənin miqyasını təsəvvür edə bilmir"

“Vəziyyət olduqca çətindir, həm görünən, həm də gizli səbəblərdən cəmiyyətdə parçalanma davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə epsixoloq Karine Nalçajyan jurnalistlərlə cəmiyyətdə formalaşan psixoloji vəziyyəti analiz edərdən bildirib.

O daha sonra bunları deyib: “Cəmiyyət təhlükəni hiss etmək bacarığını itirib. Bunun isə pis nəticələri ola bilər. Bu o deməkdir ki, insanlarda psixoloji özünümüdafiə zəifləyib. Görünən odur ki, erməni xalqı təhlükənin miqyasını təsəvvür edə bilmir.

Vəziyyəti real qiymətləndirən və evdə qala bilməyən kütlə bəzi hissə Baqramyan prospektindədir. Elələri də var ki, vəziyyəti qəbuledilməz sayırlar, ancaq evdə oturub gözləyirlər, fikirlərini bildirmək və ya heç olmasa Vətəni Qurtuluş Hərəkatını dəstəkləmək üçün iştirak etmirlər.

Bəzi insanlar təhrif olunmuş bir şüura sahibdirlər. İnsanlar müharibədə həlak olan övladlarımızı unudur, itirilən vətənimizin taleyinə biganə qalırlar. Əvvəllər belə deyildi. Xatırlayırsınızsa, sərhəddə bir erməni hərbçi öləndə necə narahat olurduq. İndi çox böyük miqyasda itkilərimiz var, eləcə də Vətənin bir hissəsi qoparılaraq düşmənə verilib, insanlar hələ də rahatdırlar, laqeyddirlər”.

Nalçayyan başqa bir təhlükəli fenomenə də diqqət yetirib. Onun sözlərinə görə, təbliğat hakimiyyət uğrunda mübarizəyə köklənib. Sanki digər məsələlər qəsdən unutdurulur. Psixoloq hesab edir ki, ölkədəki parçalanma proseslərini dayandırmaq lazımdır.

Psxioloq Nikol Paşinyanın psixoloji durumdan da danışıb: “Onun bugünkü hərəkətləri əyalət aktyorluğunu xatırladır. Bu insan özünü günahkar, peşman hiss etmədiyini əyani şəkildə nümayiş etdirir. Ona görə də çox sakitcə qanlı müharibəyə getdi və qorxulu orasıdır ki, o, yenidən qanlı hadisələrə gedə bilər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*