Putin BAĞIŞLAMAYACAQ: Avropa Ukraynaya silah tədarükünə görə necə CAVAB VERƏCƏK?backend

Putin BAĞIŞLAMAYACAQ: Avropa Ukraynaya silah tədarükünə görə necə CAVAB VERƏCƏK?

Belə bir məfhum var – “qırmızı xətt”. Onu keçmək qarşı tərəfdən müəyyən bir cavabla qarşılaşmaq deməkdir. Belə bir cavab isə adətən Putinin “qolunda” gizlənir. Bəs Ukraynanı silahla təmin etmək (yəni münasibətlərdə qırmızı xətti keçmək) istəyən avropalıları nə gözləyir?

KONKRET.az xəbər verir ki, bu fikirlər Rusiyanın yerli media orqanlarından birində dərc edilən məqalədəndir.

Müəllifin qeydi: Şərhlərdə qərb istiqamətindən böyük silahların çatdırılmasından narahat olanlar üçün yazıram:

“Putinin 2007-ci ildəki Münhen çıxışını xatırlayırsınız? Orada xəbərdarlıq etdi. Sonra 08.08.08-də (2008-ci il, avqust ayının 8-də) Rusiya-Gürcüstan müharibəsi oldu. Sülhməramlılarımız, müdafiə etdiyimiz ərazilərin mülki əhalisi zərbələrə məruz qaldı. Cavab sərt və qaçılmaz oldu – qisas. Və Amerika yalnız diplomatiya yolu ilə bizim əsgərlərimizin Tiflisin mərkəzinə doğru irəliləməsini dayandıra bildi. Gürcülər heç olmasa bir şəkildə sağ qaldıqlarına görə sağ ol desinlər. Bu, qonşu ölkəmizə bir dərs olsun və daha axmaq şeylər etməsinlər. Ona görə də, gürcülər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri dəstəkləmədilər” – müəllif bildirib.

“İndi “Birləşdirilmiş hərbi orkestr” (SVO) gəlir. Baş verənlərə görə avropalılar günahkardır. Vaşinqton üçün nə qədər çox silah verirlərsə, itkilər də bir o qədər artıq olur. Düşünürəm ki, Putin bunu bağışlamayacaq. Çatdırılan hər bir tanka, mərmiyə, raketə görə cavab verəcəklər. Bəli, artıq cavab verirlər. İnflyasiya, durğunluq, müəyyən məhsulların qıtlığı, yanacağın və ərzaq məhsullarının bahalaşması, işsizlik və sairə. Və bu yalnız başlanğıcdır.  Biz nəzakətli, səbirli insanlarıq, amma hər şeyin sonu var” – məqalədə deyilir.

Daha sonra müəllif fikirlərini belə davam etdirib: “Ancaq bəzi ölkələrin (daha doğrusu Vaşinqton tərəfindən yönəldilən Avropanın əsas siyasətçilərinin) Ukraynanı təmin etmək istəyi nə qədər çox olsa, Putinin qisas hissinin da bir o qədər artacağını düşünürəm. Ümid edirəm ki, bizim əsgər və zabitlərimizin hər biri üçün onlar yüz qat cavab verəcəklər. Hər bir tanka və silaha görə cavab verəcəklər. Sevastopol üçün cavab verdilər. Odessa və Xarkov üçün də cavab verəcəklər. Mən qonşu xalqı sevirəm və onları doğma hesab edirəm – mənim əcdadlarım oradandır. Amma siyasətçilərlə bağlı bir az problem var” – müəllif fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*