“Putin bundan sonra üç cəbhədə vuruşacaq” – Səfərbərlik Rusiyaya nə vəd edir? – DETALLARbackend

“Putin bundan sonra üç cəbhədə vuruşacaq” – Səfərbərlik Rusiyaya nə vəd edir? - DETALLAR

Putinin səfərbərlik qərarı dünyanın gündəmini zəbt edib. Siyasi analitiklər Kreml rəhbərinin bu qərarını bir çox amillərlə əlaqələndirirlər. Bəziləri isə səfərbərlik qərarının müharibənin daha da uzanması ilə nəticələnəcəyini açıqlayırlar. Bəs görəsən Putin niyə indiki vəziyyətdə səfərbərlik elan etdi? Bu, müharibənin gedişinə necə təsir göstərəcək?   

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Putinin səfərbərlik qərarı məcburiyyətdən yaranıb: “Putin uzun müddət səfərbərlik qərarı vermək istəmirdi. Hətta bu qədər genişmiqyaslı müharibəni belə Rusiyada xüsusi hərbi əməliyyat adlandırırlar. Qismən səfərbərlik qərarının verilməsi müharibəni etiraf etmək istiqamətində atılan addım kimi xarakterizə oluna bilər. Düşünürəm ki, Putin bir-iki aydan sonra Ukraynadakı hərbi əməliyyatları “müharibə” adlandırsa, heç kim buna təəccüblənməməlidir. Kreml rəhbəri insanların kütləvi sürətdə müharibəyə getməkdən imtina etməsinə görə qismən səfərbərlik elan etmək qərarına gəldi. Bu gün Rusiyada vuruşmaq üçün cəbhəyə göndərməyə adam tapılmır. Çünki, insanlar bundan kütləvi şəkildə boyun qaçırırlar. Səfərbərliyin elan edilməsi insanların etirazlarına səbəb olub. Bu da yerlərdə müxalif qüvvələrin Kreml rəhbərinə qarşı güclənməsinə gətirib çıxaracaq. Putin və Rusiya hakim dairələri bundan sonra üç cəbhədə vuruşmalı olacaq. Belə ki, Putin həm Ukrayna cəbhəsində, həm xarici qüvvələrlə, həm də daxildəki müxaliflərlə mübarizə aparacaq. Bu da müharibənin taleyinə təsir göstərəcək”.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC

Politoloq əlavə edib ki, yerlərdə etirazların güclənməsi müharibyə qarşı olan qüvvələri fəallaşdıracaq: “Bu isə müharibənin gedişində gözlənilməz nəticələrə səbəb ola bilər. Yəni daxildə represiyalar çoxalması və müharibnin tez yekunlaşması mümkündür. Hesab edirəm ki, son nəticədə Putin müharibəni tez başa çatdırmağa çalışacaq. Rus qoşunlarının əvvəlki kimi hücum əməliyyatları keçirə bilməməsi və hətta nəzarətə aldıqları əraziləri boşaltmaq məcburiyyətində qalması Putini səfərbərlik qərarı verməyə vadar edən səbəblər sırasındadır. Ancaq düşünürəm ki, səfərbərlik qərarı Rusiyanın xeyirinə dönüş yarada bilməyəcək, əksinə Putinə və hakimiyyət orqanlarına qarşı müxalifətin güclənməsinə səbəb olacaq. Etirazların Putini hakimiyyətdən devirəcəyi isə real görünmür. Çünki Putin yerlərdəki vəziyyətdən xəbərdardır və vəziyyəti elə həddə çatdırmayacaq ki, kütlə onu hakimiyyətdən devirsin. Real təhlükəni hiss edən kimi dərhal tədbir görəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*