“Putin-Paşinyan görüşündə İran mövzusu da gündəmə gələcək” – Sabiq nazirbackend

“Putin-Paşinyan görüşündə İran mövzusu da gündəmə gələcək” - Sabiq nazir

“Putin və Paşinyanın sabah keçiriləcək görüşünün təhlili üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını əsas götürə bilərik. Lavrov İran naziri ilə görüşü zaman söylədi ki, ““3+3” platforması elmi region ölkələrdə qəbul olunub və Ermənistanla bağlı problemlər üzərində işləyirik”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sabah Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimr Putin arasında keçiriləcək görüşlə bağlı danışarkən deyib.

Züülfüqarov bildirib ki, Lavrovun bu fikirlərə aid hansısa mövzuların müzakirəsi istisna olunmur: “İkinci mövzu yenə də “3+3” platforması və 10 noyabr sənədinin icrası ilə bağlı ola bilər.

Bunlarla yanaşı, Zəngəzur dəhlizinin işə salınmasının müzakirəsi də qaçınılmazdır. Zəngəzur dəhlizi Rusiya üçün çox vacibdir.

Cənub dəhlizinin işlək vəziyyətə gətirilməsi üçün Rusiya bir vasitəçi kimi məsuliyyət daşıyır. Eyni zamanda Rusiya 10 noyabrda qəbul olunan qərarların icrasını tam şəkildə təmin etməlidir”.

Zülfüqarov İran mövzusunun da gündəmə gələcəyini bildirib: “İstisna etmirəm ki, İran mövzusu da gündəmə gələcək. Çünki xarici işlər nazirinin səfər zamanı səsləndirdiyi bəzi fikirlər Ermənistanla müzakirəni tələb edir. Bu məsələdə Ermənistanın mövqeyi maraqlıdır. Sərhəd məsələsinində gündəmə gəlməsi mümkündür”.

Ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Nikol Paşinyan arasında görüş baş tutub. Tofiq Zülfüqarov bu görüşlər arasında əlaqə olduğunu vurğulayıb:

“Ola bilsin ki, bu görüşlər bir-biri ilə əlaqəlidir. Bildiyimiz kimi Gürcüstan və Ermənistan arasında ikitərəfli mövzular mövcuddur. Əsas məsələ isə tranzitlə bağlıdır. Gürcüstandan keçən tranzit yolları Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.

Gözləyək, baxaq görək nə açıqlanacaq, hansı mövzular müzakirə ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*