Putin Paşinyanı oğulluğa götürüb? – 7 aprel görüşündə GİZLİ EYHAMLARbackend

Putin Paşinyanı oğulluğa götürüb? - 7 aprel görüşündə GİZLİ EYHAMLAR

Rusiya və Ermənistan liderlərinin 7 aprel Moskva görüşü maraqlı məqamlarla yadda qalıb. Bu müzakirələrdən qeyri-adi heç nə gözləməyənlər əsas diqqəti yumor dolu epizodlara yönəltmişdi.

Unutmaq olmaz ki, 44 günlük müharibə ərzində Prezident İlham Əliyevin Paşinyanı “təlxək” adlandırması Nikolun sonrakı siyasi fəaliyyətinin əsas bazasına çevrilib. Yəni, Paşinyan Azərbaycan liderinin ona verdiyi adı doğrultmaq üçün rəsmi görüşlərdə də məzəli vəziyyətlər yaradır.

KONKRET.az xəbər verir ki, Paşinyan qeyri-profi (göydəndüşmə) baş nazir olduğu üçün Ermənistanın müttəfiqləri ilə mövcud olan formatların adlarını xatırlamır.

Bunu erməni siyasətçi Armen Aşotyan da Putinlə Nikolun görüşünü şərh edərkən söyləyib.

Aşotyan bildirib ki, “bütün erməni xalqının adına utanc gətirən bu cahil və səliqəsiz avara hələ də Ermənistanı və erməni xalqını təmsil edir. 

Özünün 4 dəqiqə 37 saniyəlik giriş nitqində bu cılız 10 dəfə şparqalkasına baxmağı bacardı. Tam 10 dəfə”,- deyə Aşotyan gileylənib.

Bundan başqa, əksər ekspertlər Paşinyanla Putinin görüşünü “gündəliyində 2 olan bir şagirdin qorxaraq atasından xahişə gəlməsinə” bənzədiblər. Çünki Nikol “əsir”lərdən tutmuş, yeni Atom Elektrik Stansiyasına qədər hər şeyi Kreml sahibindən istəyib.

Rusiya lideri də sanki Nikolun “ata ehtiyacı”nı hiss edərək Paşinyana “Vladimiroviç” kimi müraciət edib. Xatırladaq ki, Ermənistan baş nazirinin atasının adı Vovadır, Vladimir yox.

Vladimir isə Putinin adıdır. Bu xitabla Putin sanki Paşinyana eyham vurub ki, “danış oğul bala, görüm dərdin nədir?” 

Qeyd edək ki, ruslarda “Vova” Vladimir adının qısaldılmış forması kimi də istifadə olunur.

Bununla Rusiya lideri həm ermənilərin uydurma tarix, oğurluq toponim və başqalarından götürdüyü adlara da xatırlatma etmiş ola bilər. Yəni, Putin Paşinyanın atasının adını Vova yox, Vladimir çağırmaqla ermənilərin əslində kim olduqlarını xatırladıb. Razılaşaq ki, ermənilərin əksəriyyətinin adı türk və digər xalqlardan, hətta özlərinə aid olmayan tarixi personajlardan qaynaqlanıb.

3 ildir ki, Rusiya rəsmiləri ilə görüşlərdə Paşinyanın atasının adının yanlış ifadə olunması Moskvanın İrəvana hörmətsizliyi kimi də qəbul oluna bilər.

Əslində hər millətin təmsilçiləri üçün valideyn adının təhrif olunması qəbul olunmazdır. Və bu, müxtəlif qalmaqallara səbəb olur. Yəqin Paşinyan üçün atasının Vova, yaxud Vladimir olmasının fərqi yoxdur, əsas odur ki, hakimiyyətdədir.

Sonda bildirək ki, “atasından 2 qiyməti ilə dolu gündəliyini gizlədən Paşinyan” Putini aldatmağa da macal tapıb. Belə ki, Paşinyan Putinə yalandan deyib ki, Ermənistan koronavirusa qarşı Rusiya istehsalı olan vaksinlərdən istifadə edir. Guya “Sputnik V” Ermənistanda qeydiyyatdan keçib.

Lakin Ermənistanın Səhiyyə və Əmək Müfəttişliyinin Dərmanlar şöbəsinin keçmiş rəhbəri Vaqe Minasyan Paşinyanın bu sözlərini ağ yalan adlandırıb. 

Görəsən, Vladimirin oğlu Nikol bundan sonra nə şuluqluq edəcək!?

/bizimmedia/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*