“Siz Bakıda, İrəvanda işləyə, Moskvada yaşaya bilərsiniz”.
KONKRET.az xəbər verir ki, Çərşənbə günü, sentyabrın 7-də Şərq İqtisadi Forumunda (EEF) plenar sessiyası keçirilib. Nikol Paşinyan və Vladimir Putin moderatorun “Ermənistanın üzləşdiyi əmək miqrantları axını” ilə bağlı sualını cavablandırıblar.
Paşinyan suala cavab verməmişdən qabaq Putin müdaxilə edib:
“Bağışlayın, Nikol Nikol cavab verməyə başlamazdan əvvəl demək istəyirəm ki, Rusiyaya Ermənistana gələn ruslardan daha çox – 2 milyondan çox erməni gəlib.”
Rusiya Prezidenti Vladimir Putin bəzi rusların işləmək üçün Avrasiya İqtisadi İttifaqı ölkələrinə, məsələn, Ermənistana getməsində pis heç nə görmür.
“Biz Rusiya biznesinin xeyrinə olan hər şeyi alqışlayırıq. Əgər insanlar orada işləmək sərfəlidirsə, qoy işləsinlər. Ermənistan xarici ölkə deyil. Siz İrəvanda işləyə bilərsiniz, amma Moskvada yaşaya bilərsiniz”, – deyə Putin bildirib.
Daha sonra o əlavə edib ki, dəhşətli heç nə baş vermir, gedənlər qayıdır.
“Hər şey işləyir və stabildir. Kimsə Ermənistanda işləməyi, kimsə Bakıda işləməyi xoşlayırsa, qoy Bakıda işləsin”, – deyə Putin deyib.
Xuraman Etibarlı,
KONKRET.az
