Rusiya Prezidenti Vladimir Putin uşaqlara tərkibində mayeləşdirilmiş karbohidrogenlər olan məişət cihazlarının (alışqan) satışını qadağan edən qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiya portalında dərc olunub.
Qanunun mətnində qeyd olunur ki, hökumət yetkinlik yaşına çatmayanlara satışı qadağan edilən qaz tərkibli məhsulların siyahısını müəyyən etməlidir. Bundan əlavə, sənəd uşaqlar arasında belə məhsullardan istifadəni təşviq edən məlumatların yayılmasını qadağan edir.
KONKRET.az