Putinin gizli hərbi planı deşifrə edildi – Beş ölkə arasında gərginlikbackend

Putinin gizli hərbi planı deşifrə edildi – Beş ölkə arasında gərginlik

Rusiya Prezidenti Vladimir Putinin gündəliyində vacib məsələlərdən olan Arktika bölgəsi yenidən gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, son həftələrdə bölgədə təlimlərə başlayan Rusiya 3 nüvə sualtı gəmisi ilə gücünü nümayiş etdirib.

Putin bu təlimlərin nə sovet, nə də müasir dövrün tarixində bənzərinin görünmədiyini bildirib.

Rusiya hərbi qüvvələrinin Arktika bölgəsində atdığı hərbi addımlar peyk tərəfindən görüntülənib.

Yayımlanan peyk görüntüləri Rusiyanın illərdir mübahisənin mərkəzində olan Arktika bölgəsindəki hərbi varlığını gücləndirdiyini və həmin regionda əlavə hərbi obyektlər inşa etdiyini üzə çıxarıb.

İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, Moskva bölgədəki müəssisələrinə əlavə nəzarət və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Uzun illərdir heç kimin diqqət yetirmədiyi şimal qütbü ətrafda buzların iqlim dəyişikliyi səbəbiylə əriməyə başlamasından sonra okeana qonşu olan beş ölkə – ABŞ, Danimarka, Kanada, Norveç və Rusiyanın radarına düşüb.

Bu 5 ölkə son illərdə bölgədəki enerji mənbələrini araşdırmağa başlayıb. Bölgə ilə bağlı razılaşmanın olmaması zaman-zaman ölkələr arasında gərinliyə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*