Putinin köməkçisi: Baltikyanı ölkələr Rusiya ilə sərhəddə hərbi infrastruktur qururlarbackend

Putinin köməkçisi: Baltikyanı ölkələr Rusiya ilə sərhəddə hərbi infrastruktur qururlar

Baltikyanı ölkələr artıq Rusiya ilə sərhəddə hərbi infrastruktur qurmağa başlayıblar.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Nikolay Patruşev Kalininqrad vilayətində keçirilən müşavirədə deyib.

O, NATO-nun Baltikyanı ölkələrdə keçirdiyi hərbi təlimlərlə bağlı xəbərdarlıq da edib. Bildirib ki, bu təlimlər zamanı şimal alyansı Rusiyaya qarşı mübarizəni məşq edir.

“Baltikyanı regionda NATO ölkələri mütəmadi olaraq hərbi təlimlər keçirir və bu təlimlər zamanı Rusiyanın Baltikyanı ölkələrə hücumunun qarşısını almaq üçün ssenarilər məşq edirlər. Buna misal olaraq bu ilin yazında keçirilən NATO-nun “Dayanıqlı Müdafiəçi” manevrlərini göstərmək olar”, – deyə o qeyd edib.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*