Putinin müharibə üçün 3 ssenarisi…  – “Süddoyç Zaytunq”backend

Putinin müharibə üçün 3 ssenarisi... - "Süddoyç Zaytunq"

Rusiya qoşunları Ukrayna sərhədindədir. Toplar körpüdən Rusiyanın işğalı altındakı Krıma aparılır. NATO narahat açıqlamalar verir. ABŞ Prezidenti isə ukraynalı həmkarını Ukraynanın tək olmadığına inandırır. Bütün bunların fonunda yalnız bir sual yaranır: Rusiya Ukraynaya qarşı müharibənin yeni mərhələsini hazırlayır?

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın “Süddoyç Zaytunq” (Süddeutsche Zeitung) nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalədə bildirilib ki, ən nikbin cavab Prezident Vladimir Putinin Co Baydeni sınamaq və Kiyevi Viktor Medvedçuka qarşı son hücumuna görə cəzalandırmaq üçün əzələlərini nümayiş etdirməsidir:

“Mümkün olan ikinci ssenari Putinin rəsmi olaraq Luqansk və Donetskdəki Rusiya qoşunlarını “sülhməramlı” kimi təqdim edərək hərbi qarşıdurma axtarmasıdır.

Üçüncü ssenari – Kreml işğal altındakı Krıma dəhlizi təmin etmək və eyni zamanda yarımadaya Dneprdən şirin su çıxarmaq üçün hücum hazırlayır”./axar/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*