Putinlə Merkel Navalnını müzakirə etdilərbackend

Putinlə Merkel Navalnını müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel rusiyalı müxalif blogger Aleksey Navalnı ilə bağlı vəziyyəti telefon danışığında müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat verib.

“Kansler tərəfindən göstərilən maraqla əlaqədar olaraq Navalnı ilə bağlı vəziyyətə toxunulub”,- deyə açıqlamada bildirilib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Rus müxalif 23 sentyabr 2020-ci ildə “Şarite” xəstəxanasından buraxılmışdı. Yanvar ayında Rusiyaya qayıdan Navalnı orada tutularaq yenidən məhkəmə qarşısına çıxarılmışdı.

Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Onun “İv Roşe” işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*