Qadını qətlə yetirib meyitini yolun kənarına atdılar – DETALLARbackend

Qadını qətlə yetirib meyitini yolun kənarına atdılar – DETALLAR

Bakıda qadını qətlə yetirərək meyitini Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində yolun kənarına atmaqda təqsirləndirilən Seymur Məmmədov və Nurlan Bağırovun cinayət işinin məhləmə istintaqı yekunlaşıb.

KONKRET.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sərdliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək Seymur Məmmədov və Nurlan Bağırovun hər birinin 20 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra təqsirləndirilənlərə hökm oxunaraq, onların hər biri 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024- cü ilin yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qətlə yetirilən şəxsin qısa zamanda Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.

Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti də müəyyən edilib. Həmin şəxsin Nurlan Bağırov olduğu bəlli olub.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və Nurlan Bağırov paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək ora atıblar.

Qeyd edək ki, Seymur Məmmədov və Nurlan Bağırov əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.

Onu da qeyd edək ki, Nurlan Bağırov hadisədən sonra ölkə hüdudlarından qaçaraq gizləndiyi üçün, bir müddət sonra İnterpolun xətti ilə Gürcüstanda saxlanılaraq ölkəyə gətirilib, istintaqa cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*