Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.

Nə təhər olur, siz qızıl balıq qara qırmızı kürü yeyəndə qanunsuz olmur? Sadə xalq yeyəndə qanunsuzdur! Dənizi siz yaratmısınız ay Prezident, ay nazirlər, ay yüksək vəzifəli şəxslər?