“Qarabağ” böyük hesabla uduzdu – YENİLƏNİBbackend

“Qarabağ” böyük hesabla uduzdu - YENİLƏNİB

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

KONKRET.az-ın məlumatına görə, İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

******

3-cü dəqiqədə E.Qordon hesabı açır.

***

8-ci dəqiqədə Malik Tyau hesab arasında fərqi artırır.

***

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə zədələnərək 21-ci dəqiqədə meydanı tərk edib.

***

32-ci dəqiqədə Qordon penalti zərbəsini dəqiq yerinə yetirərək dubla imza atır.

***

34-cü dəqiqədə E. Qordon het-trik edir.

***

Entoni Qordon 45+1-ci dəqiqədə penaltidən komandasının beşinci qolunu vurur.

***

Fasilə. İlk hissə “Nyukasl”ın 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

***

İkinci hissə başladı.

54-cü dəqiqədə Elvin Cəfərquliyev topu tora ötürür.

72-ci dəqiqədə Ceykob Mörfi komandasının 6-cı qolunu vurur.

———
Matç başladı.
———-

****

Yaxın dəqiqələrdə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*