Qarabağ separatçılarının keçmiş lideri İrəvanda istintaqa cəlb olundubackend

Qarabağ separatçılarının keçmiş keçmiş lideri İrəvanda istintaqa cəlb olundu

Qarabağda erməni separatçılarının rəhbəri olmuş Samvel Şahramanyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağrılıb.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, Samvel Şahramanyan Qarabağda avtomobillərin və pulların mənimsənilməsi ilə bağlı dindirilmək üçün komitəyə çağrılıb.

Vəkil Aşot Danielyan bildirib ki, Samvel Şahramanyan hansısa korrupsiya cinayətində şübhəli bilinmir:

“Samvel Şahramanyan ilk dəfə deyil ki, istintaqa çağırılır. 1,5-2 ay əvvəl o, İstintaq Komitəsinə çağırılıb və dindirilib. Artıq ikinci dəfədir ki, o, özünün təqdim etdiyi hesabat əsasında dindirilməyə çağırılır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*