“Qarabağ” üçün uğursuz fransızlar – STATİSTİKAbackend

Qarabağ” üçün uğursuz fransızlar - STATİSTİKA

“Qarabağ” UEFA Konfrans Liqasında ilk pley-off mübarizəsində Fransa “Marsel”i ilə qarşılaşacaq.

KONKRET.az xəbər verir ki, bu Azərbaycan təmsilçilərinin klub səviyyəsində fransa klubları ilə 11-ci qarşılaşması olacaq.

İndiyə qədər təmsilçilərimiz bu ölkənin komandaları ilə 10 dəfə qarşılaşıb. Azərbaycan komandaları bu oyunların yalnız 1-də qələbəyə sevinə bilib. Digər qarşılaşmaların 4-də heç-heçə qeydə alınıb, 5 dəfə isə klublarımız uduzub. Rəqib qapılarına 5 dəfə yol tapdığımız halda qapımızda 16 top görmüşük.

Yeganə qələbəmizi isə “Qəbələ” qazanıb. Komandamız 2016/2017-ci il mövsümündə “Lill”i Bakıda 1:0 hesablı məğlubiyyətə uğradıb.

“Qarabağ” “böyük beşlik” təmsilçiləri ilə qarşılaşan ilk Azərbaycan klubudur. Bu, 1999/2000 mövsümündə gerçəkləşib. Ağdam klubu İntertoto kubokunda “Makkabi”yə (İsrail) qalib gəlməklə klublarımız arasında ilk dəfə mərhələ adlayıb və Fransa təmsilçisi “Monpelye” ilə qarşılaşıb. Evdə rəqibinə 0:3 hesabı ilə uduzan ağdamlılar səfərdə qapısından 6 top buraxıb.

Ümumilikdə isə “Qarabağ” Fransa komandaları ilə 6 görüş keçirib. 2014-cü ildə qrup mərhələsində “Sent Etyen”ə rəqib olan Qurban Qurbanovun yetirmələri bu görüşlərin heç birində uduzmayıb. Səfərdə 1:1-lik heçe-heçə edən “Qarabağ” evdə qolsuz bərabərliyə razılaşıb.

2015-ci ildə qrup mərhələsində “Monako”ya rəqib olan komandamız Bakıda bu rəqibinə uduzmasa da, səfərdə 0:1 hesablı məğlubiyyətlə razılaşmalı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*