“Qarabağda vəziyyəti dəyişmək imkanımız hələ də var, amma vaxtımız çox azdır” – Abramyanbackend

"Qarabağda vəziyyəti dəyişmək imkanımız hələ də var, amma vaxtımız çox azdır" - Abramyan

“Qarabağda köklü dəyişikliklər lazımdır, çox az vaxtımız var”.

KONKRET.az xəbər verir ki, bunu  “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan özünün facebook səhifəsində yazıb.

“Qarabağ daxili yenidənqurma və dəyişikliklər astanasındadır, bu, ilk növbədə yeni “dövlət naziri”nin təyin edilməsi ilə bağlıdır.

Vardanyanın “dövlət naziri” təyin edilməsinin doğrudan da hakimiyyətin tədricən tam dəyişilməsinə gətirib çıxaracağını söyləmək hələ tezdir. Lakin Qarabağda yuxarıdan siyasi, kadr, mental, mədəni və ideoloji dəyişikliklərə ehtiyac olduğu göz qabağındadır.

Hökumətin yeni prioritetlərinin nə olacağı, onların nə dərəcədə həyata keçiriləcəyi və ya Qarabağda keyfiyyət dəyişikliklərinə gətirib çıxaracağı hələ aydın deyil.

Qarabağda köklü dəyişikliklər baş verməlidir. Bir tərəfdən, onlar düz, digər tərəfdən, çox sürətli olmalıdır, çox az vaxtımız var.

Qarabağdakı vəziyyət və İrəvandakı təslimçi hakimiyyət Ermənistan və Qarabağ arasında müqavimət və mübarizə potensialını daim azaldır.

Mövcud çətin vəziyyətə baxmayaraq, mən təsdiq etməkdə davam edirəm ki, bizim vəziyyəti dəyişmək imkanımız hələ də var”, – deyə Abramyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*