“Qarabağdakı müharibədən sonra Vardenisdə 300 ailə işsiz qalıb” – Erməni deputatbackend

"Qarabağdakı müharibədən sonra Vardenisdə 300 ailə işsiz qalıb" - Erməni deputat

“İkinci Qarabağ müharibəsindən sonra Sotk qızıl yatağının işçiləri məcburi olaraq ixtisar ediliblər”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, mədənin bir hissəsinin istismarı Azərbaycanın nəzarətinə keçdiyindən bütün işlər dayandırılıb.

Millət vəkili Taquhi Tovmasyan parlamentdə keçirilən dinləmələrdə vurğulayıb ki, hələ 300-ə yaxın işçisinin işdən çıxma təhlükəsi yaranıb. Onun sözlərinə görə, artıq 100 nəfər ixtisar edilib.

“Bu, Vardenis və ətraf bölgələrdən təxminən 300 ailənin işsiz qalacağı deməkdir. Və sərhəd bölgəsindəki mövcud çətin sosial şəraitdə bu, həqiqətən ciddi bir problemdir. Bu gün çox sayda Vardenis sakini mənimlə əlaqə saxlayıb və Sotk qızıl yatağından Ararata filiz çatdıran dəmir yolunu bağlayaraq etirazlarını bildirmək niyyətindədirlər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*