Qarabağdan Ermənistana silah daşıyan 39 nəfər HƏBS OLUNDUbackend

Qarabağdan Ermənistana silah daşıyan 39 nəfər HƏBS OLUNDU

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana silah daşıyan 39 nəfər həbs olunub və onlara qarşı rəsmi ittiham irəli sürülüb.

KONKRET.az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Həmin şəxslərdən 5 nəfərinə artıq hökm oxunub. Məhkəmə onların 2-ini 1 il, 2-ini 2 il, digərini isə 4 il müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, 2020-ci il sentyarbın 27-dən noyabrın 9-dək davam edən döyüşlər zaman Qarabağdan silah, sursat, partlayıcı maddə və avadanlıq qaçaqmalçılığı üzrə 2021-ci il martın 15-də 95 cinayət işi başlanılıb.

Keçirilən əməliyyatlar nəticəsində “AK-74”, “AKM”, “AK-SU” avtomatları, müxtəlif çaplı tüfənglər, pulemyotlar, tapançalar, kəsici bıçaqlar, süngülər, müxtəlif tipli tank əlyehinə qumbaralar, qumbaratanlar, trotil partlayıcısı, elektrik detanator, mərmi və güllələr aşkarlanaraq müsadirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*