“Qarabağı Ermənistanla Tex kəndi vasitəsilə birləşdirmək daha rahat idi, lakin layihəçilər razı olmadılar”.
KONKRET.az xəbər verir ki, Bunu erməni müxbirə müsahibəsində Tex kəndinin “başçısı” David Qulunts bildirib.
O deyib ki, üç tikinti şirkəti Qarabağı Ermənistanla birləşdirən alternativ yolun tikintisi üçün Tex-Kornidzor hissəsində işləyir.
“İş ilk gündən başlayıb, sürətlə gedir. Layihə işləri zamanı onlara dedik ki, Kornidzorun yox, Tex kəndinin alt tərəfinə gedən yol daha yaxşı variantdır, bu daha rahat, hamardır. Amma bilmirəm layihəçilər nəyə əsaslanaraq belə bir qərar verdilər. Bizim təklif etdiyimiz variant daha yaxşı idi”, – deyə Qülünts gileylənib.
Onun sözlərinə görə, dekabr ayına qədər işlər yüksək templə getdiyindən 80% tamamlanacaq.
Qeyd edək ki, Laçın və Zabux Azərbaycanın nəzarətinə keçdikdən sonra Qarabağı Ermənistanla birləşdirən alternativ yol Zəngəzurun Tex və Kornidzor, Şuşanın Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçəcək.
Xuraman Etibarlı,
KONKRET.az
