Qardaş ölkədə zəlzələ nəticəsində 25 nəfər həlak oldu, 831 nəfər yaralandı – VİDEOLAR – YENİLƏNİBbackend

Qardaş ölkədə zəlzələ nəticəsində 25 nəfər həlak oldu, 831 nəfər yaralandı - VİDEOLAR - YENİLƏNİB

İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 831 nəfərə çatıb.

KONKRET.az bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, hazırda səkkiz binada axtarış-xilasetmə işləri davam etdirilir. 100 nəfər dağıntılar altından xilas olunub.

***
İzmirdə zəlzələ qurbanlarının sayı 24-ə, yaralıların sayı isə 804-a yüksəlib. 

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağılmış 17 binadan 8-də xilasetmə işləri artıq yekunlaşıb, qalan 9-da isə hələ də davam etdirilir.

***

00:40

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

KONKRET.az xəbər verir ki, 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 17-ə, yaralıların sayı 709-a yüksəlib

21:42

İzmir zəlzələsi nəticəsində ölənlərin sayı 12-yə, yaralananların sayı isə 438-ə çatıb.

19:52

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.

***

18:32

İzmirdə baş verən zəlzələdə yaralananların sayının artdığı bildirilib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından 70 nəfər çıxarılıb.152 nəfər yaralanıb.4 nəfər vəfat edib. Hal-hazırda dağılan 12 binada xilasetmə işləri davam etdirilir.

***

17:59
İzmirdə zəlzələdən sonra zamana qarşı yarış başlayıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hal-hazırda şəhərdə xilasetmə işləri davam etdirilir. Aidiyyəti qurumlarla yanaşı sadə vətəndaşlar da xilasetmə əməliyyatlarında iştirak edirlər. Məlumata görə, 4 nəfər dağıntılar altından yaralı halda çıxarılıb. 4 nəfər həlak olub, 120 nəfər yaralanıb.

***

 16:47
İzmirdə baş verən zəlzələ nəticəsində dağılan binaların sayının 20 olduğu bildirilib. 

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İzmirin bələdiyyə başqanı Tunç Soyer deyib.

Bildirilib ki, Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb, insan itkisinin olması da istisna edilmir.

***

16:31
İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb.

KONKRET.az xəbər verir ki, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

 

***

16:26
Xəbər verdiyimiz kimi, Türkiyədə 6,6 bal gücündə zəlzələ olub.

KONKRET.az Türkiyə mətbuatəna istinadən xəbər verir ki, yeraltı təkanlar İstanbulda, İzmirin Seferihisar rayonunda, həmçinin, Ege və Mərmərə bölgəsində hiss olunub.

İlkin məlumatlara görə, dağıntılar var.

***

 16:14
Türkiyən baş verən güclü zəlzələnin təkanlarının İstanbul və İzmir şəhərlərində hiss edildiyi bildirilib.

KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, zəlzələnin episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*