Qaribaşvili Paşinyanla nələri müzakirə edirdi?backend

Qaribaşvili Paşinyanla nələri müzakirə edirdi?

Gürcüstanın baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla görüşündə yeni sülh təşəbbüsünü və Gürcüstanın bölgədə sülh və inkişaf üçün böyük imkanlar naminə fəal vasitəçilik etməyə hazır olduğunu qeyd edib.

KONKRET.az Gürcüstanın Birinci telekanalına istinadla xəbər verir ki, bu barədə baş nazir öz “Twitter” səhifəsində yazıb.

“Ermənistana səfərim zamanı baş nazir Nikol Paşinyanla məhsuldar bir söhbətim olub. Biz ikitərəfli əməkdaşlığı, Cənubi Qafqaz bölgəsi üçün yeni bir sülh təşəbbüsünü və Gürcüstanın sülh naminə fəal vasitəçilik etməyə hazır olduğunu müzakirə etdik”, – Qaribaşvili yazıb.

Baş nazırın mətbuat xidməti bildirib ki, tərəflər, Qaribaşvilinin BMT-də çıxış etdiyi “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” nü müzakirə edərək, yeni sülh formatının mehriban qonşuluq təşəbbüsünün perspektivlərinin müzakirəsinə töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, bu təşəbbüsə beynəlxalq tərəfdaşlar da qoşula biləcək. /Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*