Qasparyan buna görə TƏSLİM OLDUbackend

Qasparyan buna görə TƏSLİM OLDU

Onik Qasparyan istefaya getməzdən öncə fərqli ictimai-siyasi dairələrin nümayəndələri ilə məsləhətləşərək, hər kəsə Nikol Paşinyan istefaya gedənə qədər geri çəkilməyəcəyi vədini verib.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Məlumata görə, o, Paşinyanı növbədənkənar seçkilərə məcbur edə bildiyini deyib:

“Qasparyanın qəfildən geri çəkilməsi ehtimal etməyə imkan verir ki, Paşinyan ona istefaya getməklə bağlı vəd verib. Ona görə də Qasparyan situasiyanı gərginləşdirməyib”.

Qəzet Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Sarukyanın da Paşinyana qarşı ultimatum irəli sürdüyünü bildirib. Belə ki, Çarukyan Paşinyanın may-iyun ayında seçki keçirməyə razılıq verəcəyi halda onunla şənbə günü görüşəcəyini, əks təqdirdə bütün dialoq körpülərinin məhv olacağını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*