Qaxda 30 yaşlı qadın itkin düşdü – FOTObackend

Qaxda 30 yaşlı qadın itkin düşdü - FOTO

Qaxda 30 yaşlı qadın itkin düşüb.

KONKRET.AZ xəbər verir ki, Qax şəhər sakini 30 yaşlı Bahar Cəmilova bugün günorta saatlarında övladını məktəbdən götürmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. Anasının gəlmədiyini görən uşaq tək başına evə qayıdıb.

Bahar Cəmilova evdən gedərkən əynində yaşıl rəngli, boynu tüklü gödəkcə, ayağında idman ayaqqabısı olub. Boyu 164 sm-dir.

Həyat yoldaşı B.Cəmilovanın evdən çıxarkən qızılları da özü ilə apardığını iddia edir. Lakin qadının şəxsiyyət vəsiqəsi evdədir.

Artıq B.Cəmilovanın itkin düşməsi ilə bağlı yaxınları Qax Rayon Polis şöbəsinə müraciət ediblər.

Onu görənlərdən aşağıdakı mobil nömrə ilə əlaqə saxlamaları xahiş olunur. 055-830-34-65

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*