Qazaxda bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.
1993-cü il təvəllüdlü M.Əlizadəni avtoyuma məntəqəsində elektrik cərəyanı vurub.
29 yaşlı kişi xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.//Oxu.az
