Qazaxıstan keçmiş deputat olan rusiyalı iş adamını axtarışa verdibackend

Qazaxıstan keçmiş deputat olan rusiyalı iş adamını axtarışa verdi

Rusiyalı iş adamı və Dövlət Dumasının keşmiş deputatı Mixail Sutyaqinski qətlə görə Qazaxıstanda axtarışa verilib.

KONKRET.az Qazanıstan mediasına istinadən xəbər verir ki, bu, biznesmenin qardaşı Aleksandr Sutyaqinskinın həmin qətl hadisəsinə görə 10 il əvvəl axtarışa verilməsindən sonra baş verib. Sutyaqinskilərin şirkəti baş verənləri milliləşdirilmiş zavodları geri qaytarmaq niyyəti ilə göstərilən təzyiq cəhdi adlandırıb.

Qazaxıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, 30 yanvar 2024-cü ildə müttəhim qətlin təşkilində şübhəli şəxs kimi tanınıb: “Məhkəmə həmin şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçib, əməliyyat-axtarış tədbirləri başlayıb”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*