Qazaxıstan parlamentinin aşağı palatasının sədri İSTEFA VERDİ – YENİLƏNİBbackend

Qazaxıstan parlamentinin aşağı palatasının sədri İSTEFA VERDİ - YENİLƏNİB

09:58

Qazaxıstan Respublikası Parlamenti Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün ərizə verib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Məclisin sədri gizli səsvermə yolu ilə parlament üzvlərinin ümumi sayının səs çoxluğu ilə palatanın deputatları arasından seçilir. Bu vəzifəyə namizəd palatanın deputatları tərəfindən irəli sürülür./azərtac/

***

Qazaxıstan parlamentinin plenar iclasında parlamentin sədri Niqmatulinin istefasından sonra onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında fərman təsdiqlənib.

Deputatların yekdil səsi ilə Yerlan Kosanov Assambleyanın yeni sədri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*