Qazaxıstan XİN: “Ölkəmizdən Ermənistana sülhməramlıların göndərilməsindən söhbət gedə bilməz”backend

Qazaxıstan XİN: "Ölkəmizdən Ermənistana sülhməramlıların göndərilməsindən söhbət gedə bilməz"

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Qazaxıstandan Ermənistana sülhməramlıların göndərilməsindən söhbət gedə bilməz.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.

Onun sözlərinə görə, münaqişə sülh danışıqları vasitəsilə öz həllini tapmalıdır.

Muxtar Tleuberdi bildirib ki, “Ümumiyyələ, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsini bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*