Qazaxıstanda Kosmonavtika Günü ilə bağlı MÜHÜM TƏDBİR – FOTOLARbackend

Qazaxıstanda Kosmonavtika Günü ilə bağlı MÜHÜM TƏDBİR - FOTOLAR

Kosmonavtika Günü münasibətilə Astanada Qazaxıstan Respublikasının Aerokosmik Komitəsi tərəfindən təşkil olunan mətbuat turu baş tutub.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, ölkənin aparıcı KİV nümayəndələri yüksək texnologiyaların ən məxfi obyektlərindən biri olan Yığım və Sınaq Kompleksinə (SBIK) eksklüziv baxış imkanı qazanıblar.

Tura qatılanlar kosmik aparatların hazırlanmasının əsas mərhələləri ilə yerində tanış olublar. Jurnalistlərə hazırda həyata keçirilən layihələr və Qazaxıstanın aerokosmik texnologiyalar sahəsindəki gələcək planları haqqında geniş məlumat verilib. Xüsusi maraq doğuran məqam isə real vaxt rejimində təqdim olunan texnoloji proseslərin nümayişi olub.

Tədbir çərçivəsində KİV nümayəndələri Aerokosmik Komitənin, “Қазақстан Ғарыш Сапары” Milli Şirkətinin və “Ghalam” MMC-nin rəhbərliyi ilə görüşərək açıq dialoq formatında suallarını ünvanlayıblar. Görüşdə beynəlxalq əməkdaşlıq, kadr hazırlığı və Qazaxıstanın kosmik məhsullarının ixrac potensialı kimi aktual məsələlərə dair rəsmi şərhlər təqdim olunub. Həmçinin Azərbaycanla kosmik sahədə əməkdaşlığa toxunulub.

İldırım Musayev

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*