Qazaxıstanda vəziyyət gərgin olaraq qalır.
KONKRET.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, etirazçılar bu dəfə Almatada meriyanın binasına basqın etməyə cəhd göstəriblər. Nümayişçilər meriyaya keçmək istəsələr də, binanı mühafizə edən təhlükəsizlik qüvvələri xüsusi texnikadan, və qumbaraatanlardan istifadə ediblər. Binanı qatı tüstü bürüdüyü haqda məlumatlar yayılıb.
Məlumata görə, üç minə yaxın etirazçının iştirak etdiyi nümayişlərdə bir neçə polis əməkdaşı döyülüb, onların qalxan və dəbilqələri ələ keçirilib.
Almatada fövqəladə vəziyyət hələ də davam edir. Komendant saatı tətbiq olunur. Kütləvi tədbirlərin keçirilməsi, silah və spirt satışı qadağan edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
