Qazaxıstanda şəhər meri məktəbli qızın zorlanmasına görə vəzifəsindən azad edildibackend

Qazaxıstanda şəhər meri məktəbli qızın zorlanmasına görə vəzifəsindən azad edildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev Jambıl vilayətinin rəhbərinə dərs zamanı məktəbli qızın rezonanslı təcavüzündən sonra Taraz şəhərinin meri Qayrat Dosayevi vəzifəsindən azad etməsini tapşırıb. Bu barədə Qazaxıstan prezidenti öz Twitter səhifəsində elan edib.

Qeyd edək ki, Qazaxıstanda bir məktəbli qıza coğrafiya dərsi zamanı təcavüz edilib. Jambıl vilayəti administrasiyasının rəsmi səhifəsində bildirildiyi kimi, Beisenbek Janbosınov müvəqqəti olaraq mer vəzifəsini icra edəcək.

Qazaxıstanın Təhsil və Elm Nazirliyi regional təhsil şöbələrinə bütün təhsil təşkilatlarını video nəzarət sistemləri ilə təmin etməyi tapşırıb. Xüsusi bir otaqda və ya mərkəzi bir təhlükəsizlik nöqtəsində CCTV kameralarının quraşdırılması artıq mövcud normativ sənədlərlə müəyyən edilib, lakin bu hər yerdə tətbiq olunmayıb. Nazirlik vurğulayıb ki, kameralar “avtomatlaşdırılmış rejimdə və ya əməliyyat idarəetmə mərkəzlərinə qoşulma imkanı ilə işləməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*