
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, dekabrın 27-də Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması anı müşahidə kamerasında qeydə alınıb. Video Youtube kanalında da yayımlanıb.
Video təyyarənin sağ tərəfə doğru necə endiyini göstərir. Sonra hava gəmisi tikanlı məftillə beton hasara çırpılır.
Qeyd edək ki, Qazaxıstanın Alma-Atı şəhərindən Nur-Sultan istiqamətində uçan Bek Air aviaşirkətinin Fokker-100 təyyarəsi dekabrın 27-də gecə qəzaya uğrayıb. Təyyarədə 93 sərnişin və 5 ekipaj üzvü olub, 12 nəfər həlak olub. Sağ qalan sərnişinlərin hamısı müxtəlif bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdiriliblər.
İstintaq fəlakətin bir neçə səbəbini, o cümlədən gəminin texniki nasazlığını, pis hava və meteoroloji şəraiti, habelə pilot zamanı yol verilən səhvləri nəzərə alır. Fokker-100 uçuşları və Bek Air şirkətinin Qazaxıstandakı fəaliyyəti dayandırılıb.
