Qazaxıstanın rəsmi dövlət qəzeti Nizami Gəncəviyə həsr olunan geniş məqalə yayımladıbackend

Qazaxıstanın rəsmi dövlət qəzeti Nizami Gəncəviyə həsr olunan geniş məqalə yayımladı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofu Nizami Gəncəvi haqqında geniş məqalə qələmə alıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, “Şeir cövhərinin tacını geyən Nizami” adlanan məqalə Qazaxıstanın rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan” qəzetində idərc olunub.

Məqalədə müəllif Nizami Gəncəvinin mənəvi irsinin bütün Şərq aləmində və Türk dünyasındakı rolundan bəhs edir. Bundan əlavə, dahi şairin yaradıcılığının Qazax şeirinə və Qazax klassiklərinin əsərlərinə təsiri qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsini nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası şairin irsinin beynəlxalq səviyyədə tədqiqi və təbliği istiqamətində layihələr həyata keçirməkdədir.

Akademiyanın dəstəyi ilə onun əsərlərinin Qazax dilinə tərcüməsi həyata keçirilib və indiyədək tərcümə olunmuş əsərləri ilə birlikdə nəfis tərtibatda yeni kitabların nəşri nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*