Qazılmış yolu doldurub rayona gedən 200 sürücü məsuliyyətə cəlb olundubackend

Qazılmış yolu doldurub rayona gedən 200 sürücü məsuliyyətə cəlb olundu

Bakıdan sürücülərin karantin postundan gizli çıxmasının qarşısını almaq məqsədilə qazılan torpaq yolu dolduraraq rayonlara getməyə cəhd edən 200-ə yaxın sürücü məsuliyyətə cəlb olunub.

KONKRET.az xəbər verir ki, bu barədə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, karantin postlarından gizli keçmək məqsədilə torpaq yolun qazılmış hissəsini doldurub ərazidən çıxmağa cəhd edən şəxslər müəyyən edilib:

“Həmin şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər. Artıq bundan sonra həmin torpaq yolların qazılmasına da ehtiyac yoxdur. Çünki həmin yollarda texniki vasitələr işə salınıb və karantin postundan kənar yollarla rayonlara keçmək istəyən şəxslər müəyyən edilərək saxlanılacaq”.

Xatırladaq ki, Bakı-Ələt yolunda karantin postu quraşdırılan alternativ yol qazılaraq avtomobillərin gizli yolla keçməsinin qarşısı alınıb. Bəzi sürücülər həmin torpaq yolun qazılmış hissəsini dolduraraq bu yolla rayonlara gedib./trend/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*