Qazimiz xəstəxanadan çıxdı –  FOTObackend

Qazimiz xəstəxanadan çıxdı -  FOTO

Bu gün kəşfiyyatçı baş leytenant Kamil Musəvi artıq əməliyyat olduğu xəstəxananı tərk edib. KONKRET.AZ-a açıqlama verən qazi vurğulayıb ki, ağ ciyərindən keçirdiyi əməliyyatdan sonra artıq özünü tam yaxşı hiss edir. Azərbaycanın 1-ci Vitse-prezidenti Mehriban Əliyevaya münnətdarlğını bildirən kəşfiyyatçı həkim və tibbi personalın ona olan xüsusi qayğısından da məmnunluğunu bildirib. Qeyd edək ki, kəşfiyyatçı baş leytenant Kamil Musəvi Bona Dea xəstəxanasında əməliyyat olunub. KONKRET.AZ-ın əməkdaşı əməliyyatöncəsi onu ziyarət edib və bu müddət ərzində qazimizə mənəvi dəstəyini əsirgəməyib. Yeri gəlmişkən, xəstəxanadan Kamili Bona Dea xəstəxanasının baş icraçı direktoru Faiq Əliyev yola salıb.

Qeyd edək ki, Azərbaycanın birinci Vitse-prezident Mehriban Əliyeva kəşfiyyatçı baş leytenantın əməliyyat xərclərini üzərinə götürüb.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*