Qərb etiraf etdi: Azərbaycan istiqamətində məğlubiyyət…backend

Qərb etiraf etdi: Azərbaycan istiqamətində məğlubiyyət...

Qərbin suveren dövlətlərin, xüsusən də postsovet məkanında daxili işlərinə qarışmaq vərdişi artıq çoxdan təəccüblü deyil. Əksinə, təəccübləndirən uzun fasilələr və heç kimin uzun müddət başqalarının işlərinə qarışmağa çalışmamasıdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalının növbəti materialında deyilir.

“Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Komissarının mətbuat xidmətinin rəhbəri Peter Stano tərəfindən bu yaxınlarda yayılan bəyanat da bizim üçün sürpriz olmadı. Bu bəyanatın ikinci cümləsində artıq bizə tanış olan absurd ittihamlar səsləndirildi. Məsələn, bu il prezidentin əfv fərmanının “əsas hüquqlarını həyata keçirdiklərinə görə” məhkum olanlara şamil edilməməsi Avropa Komissiyasını narahat edib.

Burada, əlbəttə ki, bu “əsas hüquqlara” nələr daxildir deyə soruşmaq yerinə düşərdi”, – deyə materialda bildirilib.

Daha ətraflı süjetdə:

 

  • Vazeh
    İyun 13, 2024 - 19:51

    Mən sizə deyim, bu hüquq nədən ibarətdir. Guya siz bunu bilmirsiniz? Yaxşı bilirsiniz. Lakin bir halda ki, bilmədiyinizi deyirsiniz, onda mən sizin yaddaşınızı təzələməyim, lakin fikirlərinizi aydınlaşdırım. Mediada tənqidi materiallar və korrupsiya ilə bağlı araşdırmalar aparmış və publika üçün yerləşdirilmiş şəxslər, xüsusən də jurnalistlərin hüquqları. Bu ifadə azadlığından istifadə hüququna görə cəzalandırmadır. Necə ola bilər ki, bu 300 nəfərin hamısı onun şəxsən zəhləsi gedən adamlar olsun?!!! Lakin onların sırasında bir nəfər də onun məddahı yoxdur. Bu, hakimiyyətdən sui-istifadədir, dövlətin gücünü öz gücü hesab edib və ondan istifadə edib şəxsən xoşuna gəlməyənləri cəzalandırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*