İngiltərədə oğlu bıçaqlanaraq dünyasını dəyişən qadın onun xatirəsini yaşatmaq üçün maraqlı üsul seçib.
KONKRET.AZ xarici medaiaya istinadən xəbər verir ki, oğlunun müxtəlif ölçülərdə karton materialdan modelini hazırlayan ana onu bir an belə yanından ayırmır.
Gün başlayanda ana sanki oğluymuş kimi karton maketlə danışır. Ölkədə bıçaqla ölümə diqqət çəkmək üçün işlər görən Teylor getdiyi hər yerə oğlunun maketini də aparır. Tətilə gedərkən və ya toyda olarkən Teylor yanında olan modeli tərk etmir:
“Həyatımda vacib bir şey olanda onunla danışıram”, – deyə qadın bildirib.

İngiltərənin Wiltshire şəhərində yaşayan Emma Caley Teylor 2 il əvvəl oğlunu itirib. 2017-ci ilin mart ayında 25 yaşlı Jordan Teylor 18 yaşlı bir nəfərlə mübahisə edib. Nəticədə bıçaqlanaraq öldürülüb.
Hazırladı: Günel MÜSEYİB
