“Qəza və ya kiberhücum nüvə müharibəsinə səbəb ola bilər” – MAQATE eksperti – ÖZƏLbackend

“Qəza və ya kiberhücum nüvə müharibəsinə səbəb ola bilər” - MAQATE eksperti - ÖZƏL

“Nüvə müharibəsi qəza və ya hansısa kiberhücum nəticəsində baş verə bilər”.

KONKRET.azRİA Novosti”yə istinadən xəbər verir ki, bunu fizika elmləri doktoru, MAQATE(Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik) Pantelis İkonomu deyib.

Nüvə müharibəsi ehtimalından danışan İkonomu ciddi analitiklərin kiminsə nüvə düyməsini basması ehtimalının yüksək olmadığını deyirlər.  Çünki hər kəs müharibənin təhlükəsini anlayır. Bununla belə İkonomu başqa bir narahatedici məqamın olduğunu dilə gətirib.  O, qəza səbəbindən və ya kənardan nəzarətsiz müdaxilə üzündən ( məsələn, kiberhücum və ya insan səhvi) nüvə təhlükəsinin ola biləcəyi ehtimalını irəli sürüb.

İkonoma Zaporojye atom elektrik stansiyasının ərazisində baş vermiş yanğını xatırladıb. O, istənilən atom elektrik stansiyasında ABŞ-ın Xirosima üzərində partlatdığı atom bombasından yüzlərlə və minlərlə dəfə çox nüvə materialı olduğunu izah edib. Ona görə də belə stansiyalarda baş verə biləcək  insidentləri istisna etməməyin zəruri olduğuna diqqət çəkib.

Bundan əlavə ekspert deyib ki, nüvə dövlətləri bu silahdan istifadə olunmaması haqqında saziş imzalamalıdırlar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*