Qırğızıstan prezidenti Sadır Japarov veb-kamera sənayesini cinayət məsuliyyətinə cəlb edən qanun imzalayıb.
KONKRET.az xəbər verir ki, hələ iyulun 26-da bu qanun layihəsi Qırğızıstan parlamenti tərəfindən qəbul edilib. İndi Qırğızıstanda veb-kamera studiyalarının təşkilatçılarını 100-300 min som (2 min manatdan 6 min manata qədər) cərimə və ya 7 ilədək həbs gözləyir.
“Qanun xüsusi platforma (veb-kamera studiyaları) vasitəsilə canlı (onlayn) fahişəliyin təşkili, dəstəklənməsi və qanunsuz məşğulluğunu, eləcə də bu əməllərə görə məsuliyyəti müəyyən etmək məqsədilə qəbul edilib”, – Qırğızıstan prezidentinin saytında yerləşdirilən müraciətdə deyilir.
Qeyd edək ki, Qırğızıstan parlamentinin deputatları ölkədə veb-kamera sənayesinin fəal şəkildə inkişaf etdiyini bəyan edib. Onların dediyinə görə, verilişlərdə iştirak edənlər əsasən gənc qızlardır və onlar çox vaxt təzyiq altında olurlar. Belə ki, 2021-ci ildə Qırğızıstanda veb-kamera studiyalarında 5 minə qədər qızın işlədiyi bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az