Xankəndidə olan ofis məsələsinə gəlincə, BQXK-nin 5 ofisindən heç biri fəaliyyətini dayandırmayıb.
KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.
“Xankəndidə olan ofis də heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq: “Qurumun illik hesabatlarında da Qarabağ hər zamanın Azərbaycanın ərazisi kimi qeyd olunub”- o deyib.

1-2 ay əvvəl bu barədə heç bir söz deməyən şöbə rəhbərinin dili açılıb deyəsən. Kimə xidmət etdiyini, hansı ölkənin vətəndaşı olduğunu xatırlayıbmı? ermənistanda əsir saxlanılan 2 əsgərimizin taleyini düşünürmü bu şöbə rəisi.