Türkiyənin Balıkəsir əyalətində 3,6 bal gücündə zəlzələ olub.
KONKRET.az “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:23 radələrində qeydə alınıb.
Zəlzələnin episentri Altıeylül rayonunda, ocağı isə 5,4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ yaxınlıqdakı rayonlarda da hiss olunub.