Qonşu ölkədə daha 68 nəfər koronavirusdan öldübackend

Qonşu ölkədə daha 68 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 68 nəfər koronavirusdan (COVID 19) ölüb.

KONKRET.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 409 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 922 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 566 081 nəfərə çatıb. Virus daşıyıcılarından 3 677 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 1 337 877 nəfər koronavirusdan sağalıb, 10,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 11 rayon qırmızı, 52 rayon narıncı, 217 rayon sarı, 168 rayon isə mavi zona hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*